Qubada 4,2 ton çətənə kolu aşkar edilib 

18:20 28.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, rayonun Xanəgah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4,2 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.